Bakı. Trend:
Böyük Britaniyada küçədə insanlara qarşı keçirilən bıçaqlı hücum nəticəsində azı səkkiz nəfər yaralanıb.
Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, hadisə ölkənin şimal-qərbində yerləşən Sautport şəhərində qeydə alınıb. Müxtəlif dərəcəli xəsarət alan yaralıların əksəriyyətinin uşaq olduğu vurğulanıb. Onlar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.
Qeyd edilir ki, şübhəli saxlanılıb, bıçağı müsadirə edilib.