...

Cənubi Koreya polisi Baş naziri və hökumətin 10 üzvünü dindirməyə çağırıb

Dünya xəbərləri Materials 10 Dekabr 2024 10:18 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

Cənubi Koreya polisi 3 dekabrda hərbi vəziyyətin elan edilməsi ilə bağlı baş nazir Han Dok Su da daxil olmaqla, Nazirlər Kabinetinin 10 üzvünü dindirməyə çağırıb.

Trend xəbər verir ki, bu barədə Cənubi Koreyanın "Hanguk İlbo" qəzeti məlumat yayıb.

Məlumatda bu 10 nəfərin 3 dekabrda hərbi vəziyyətin elanından əvvəl və sonra keçirilən Nazirlər Nabineti iclasında iştirak etdikləri bildirilir.

Polis xəbərdarlıq edib ki, əgər nazirlər dindirməyə gəlməsələr, onlara qarşı "məcburi istintaq" tədbirləri həyata keçirilə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti