Bakı.Trend:
KXDR Cənubi Koreya və ABŞ-dən potensial təxribatlara sinə gəlmək üçün silahlanmanı gücləndirməyə davam edəcək.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə KXDR müdafiə nazirliyinin bəyanatında deyilir.
“KXDR-in strateji silahlanması dövlətin təhlükəsizliyin təmin olunması və regionda strateji prioritetin zəmanəti üçün müdafiə xarakteri daşıyır. ABŞ isə bunu “təhdid” adlandırır – bu onların bizə qarşı düşmən mövqedə olduğunu sübut edir”, - bəyanatda vurğulanıb.
Bəyanatda eyni zamanda bildirilir ki, KXDR-in nüvə raketlərinin ABŞ-nin hava müdafiə sisteminə qarşı təhdid olması ilə bağlı deyilənlər yalandır. Şimali Koreyanın müdafiə nazirliyi həmçinin, Amerikaya məxsus sualtı qayığın Koreya körfəzinə daxil olmasını təxribat kimi qiymətləndirib.