Bakı. Trend:
2025-ci ilin yanvar-fevral aylarında ABŞ - dan Türk limanlarına 2 milyon 582 min 86 ton yük daşınıb.
Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, bu müddət ərzində Türkiyə bayrağı altında üzən gəmilər ABŞ - dan Türkiyə limanlarına 11 min 173 ton yük daşıyıb.
“Bu ilin yanvar-fevral aylarında ABŞ - dan Türkiyəyə digər dövlətlərin bayrağı altında üzən gəmilərlə 2 milyon 570 min 70 ton yük daşınıb” – deyə nazirlikdən bildiriblər.
Nazirlikdən verilən məlumatda qeyd olunur ki, bu müddət ərzində ABŞ - dan Türkiyəyə ABŞ bayrağı ilə üzən gəmilərlə 843 ton yük çatdırılıb.
2025-ci ilin yanvar-fevral aylarında İrandan Türkiyə limanlarına 84 min 352 ton tranzit yük daşınıb.
Qeyd edək ki, 2025-ci ilin fevral ayında Türkiyə limanları 30 milyon 855 min 73 ton yük qəbul edib.
Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 360 min 170 ton təşkil edib.
“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 28 milyon 494 min 852 ton olub”, – deyə nazirlikdən bildirilib.
Məlumatda bildirilib ki, 2025-ci ilin fevral ayında Türkiyə limanlarından 5 milyon 17 min 716 ton transit yük daşınıb.
Qeyd edək ki, bu ilin fevral ayında Türkiyə limanları 3 min 878 gəmi qəbul edib.
Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı min 232, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 2 min 646 olub.
2024-cü ilin fevral ayında Türkiyə limanları 4 min 352 gəmi qəbul edib.
“Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 2 min 953, Türkiyə bayrağı altında olan gəmilər isə min 399 olub”, - deyə nazirlikdən bildirilib.