...

Avropa üçün təhlükə öz daxili problemləridir - Cey Di Vens

Dünya xəbərləri Materials 4 Aprel 2025 15:00 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropanı Rusiya və ya Çin təhdid etmir, onun üçün əsas təhlükə həll edilməmiş daxili problemləridir.

Trend xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Cey Di Vens NBC telekanalına müsahibəsində deyib.

O, daxili problemləri qitənin “mədəni təməlini sarsıdan” miqrasiya siyasəti, rəqabətsiz iqtisadiyyat və təhlükəsizlik məsələləri ilə əlaqələndirib.

“Avropa liderləri bir tərəfdən müasir dünyada əsas təhlükənin Rusiya olduğunu bildirir, eyni zamanda, Moskvadan milyardlarla dollar qaz alırlar, ümumdaxili məhsullarının isə yalnız bir faizini müdafiəyə sərf edirlər. Halbuki biz müdafiə sektoruna ÜDM-in 3-4 faizini xərcləyirik”, - deyə Vens bildirib.

ABŞ-nin vitse-prezidenti, həmçinin Avropada demokratiyanın pozulmasına Paris məhkəməsinin Fransa Milli Assambleyasında təmsil olunan “Milli birlik” fraksiyasının rəhbəri Marin Le Penə qarşı çıxardığı hökmü misal göstərib.

Xəbər lenti

Xəbər lenti