...

Çin nadir torpaq metalları və maqnitlərin ixracını dayandırır

Dünya xəbərləri Materials 14 Aprel 2025 07:59 (UTC +04:00)
Çin nadir torpaq metalları və maqnitlərin ixracını dayandırır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çin hökuməti ABŞ ilə dərinləşən ticarət müharibəsi fonunda avtomobil, yarımkeçirici və aerokosmik sənayelərə mənfi təsir göstərə biləcək mühüm qərar qəbul edib.

Trend “New York Times”a istinadən xəbər verir ki, rəsmi Pekin bəzi nadir torpaq metalları və maqnitlərin ixracını müvəqqəti dayandırıb.

Məlumata görə, avtomobillərin, dronların və raketlərin istehsalında istifadə olunan mühüm komponentlərin bir çox limanlardan daşınmasına məhdudiyyət qoyulub və yeni ixrac qaydaları üzərində iş aparılır.

“New York Times” yazır ki, bu addım xüsusilə Amerikalı hərbi podratçılar, həmçinin Yaponiya və Almaniyaya tədarük zənciri üçün ciddi təsir göstərə bilər. Çin üçün iqtisadi baxımdan bu məhsulların ixracı böyük pay tutmasa da, bu qərarın ABŞ və müttəfiqləri üçün strateji nəticələri ola bilər.

Qeyd edək ki, Çin Baş Gömrük İdarəsinin rəhbər müavini Van Linçzün daha əvvəl bildirmişdi ki, ABŞ məhsullarına qarşı gömrük rüsumlarının sərt şəkildə tətbiqinə başlanılıb.

Xatırladaq ki, aprelin 2-də ABŞ Prezidenti Donald Tramp 185 ölkə və regiondan idxal olunan mallara əlavə gömrük rüsumları tətbiq edərək böyük ticarət müharibəsinə start verib. Çinlə müqayisədə bu tarif nisbəti 125% təşkil edib. Buna cavab olaraq Pekin aprelin 12-dən Amerika mallarına qarşı simmetrik rüsum tədbirləri görməyə başlayıb.

Xəbər lenti

Xəbər lenti