...

Rusiyaya qarşı sanksiyaları pozduğuna görə Britaniya bankı cərimələnib

Dünya xəbərləri Materials 26 Yanvar 2026 17:07 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniya hökuməti Rusiyaya qarşı tətbiq edilmiş sanksiyalar siyahısında olan bir şəxsin bank əməliyyatlarına “Bank of Scotland” bankını 160 min funt sterlinq (218,6 min ABŞ dolları) məbləğində cərimələyib.

Trend xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Maliyyə Sanksiyalarının İcrası İdarəsinin (OFSI) açıqlamasında bildirilir.

Söhbətin hansı şəxsdən getdiyi açıqlanmır, lakin qeyd olunur ki, o, 31 dekabr 2020-ci ildə Rusiyaya qarşı “qara siyahıya” salınıb. Müəyyən edilib ki, həmin şəxs 6 fevral 2023-cü ildə “Halifax” bankında hesab aça bilib. “Halifax” “Bank of Scotland”ın törəmə şirkəti sayılır (hər iki bank “Lloyds Bankin Group” qrupuna daxildir.

Məlumata əsasən, 8–24 fevral 2024-cü il tarixləri arasında bank sanksiya altında olan həmin şəxsin ümumilikdə 77 383,39 funt sterlinq məbləğində 24 bank əməliyyatını gerçəkləşdirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti