...

Türkmənistanın neft-qaz sənayesi və mineral ehtiyatlar naziri Kurbanmırat Atayev baş nazirin müavini təyin olunub

Dünya xəbərləri Materials 11 İyul 2006 15:13 (UTC +04:00)

Bir neçə gün əvvəl rəhbər korpusla aparılan müşavirə zamanı prezident Saparmurat Niyazov neft-qaz sənayesi və mineral ehtiyatlar naziri Kurbanmırat Atayevin Türkmənistan Nazirlər Kabinetinin sədr müavini təyin olunması haqqında sərəncam imzalayıb.

Trend agentliyi "Turkmenistan.ru"ya istinadən xəbər verir ki, K.Atayev Neft-qaz Sənayesi və Mineral Ehtiyatlar Nazirliyinə 2005-cı ilin dekabrın 15-dən rəhbərlik edir.

Digər sərəncamla ədalət naziri Aşırgeldı Qulqarayev Maxtumkuli adına Türkmənistan Dövlət Universitetinin rektoru təyin olunub.

Xəbər lenti

Xəbər lenti