...

Ermənistanın xarici işlər naziri və ATƏT-in Minsk qrupunun həmsədrləri Parisdə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələlərini müzakirə edib

Dünya xəbərləri Materials 13 Sentyabr 2006 11:44 (UTC +04:00)

Ermənistanın xarici işlər naziri Vardan Oskanyan və ATƏT-in Minsk qrupunun həmsədrləri çərşənbə axşamı Parisdə Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasının üç müxtəlif səviyyəli məsələlərini müzakirə ediblər. Bu barədə Trend xəbər verir.

Ermənistan XİN-in mətbuat xidmətindən Mediamaksa verilən xəbərə görə, həmsöhbətlər hazırda danışıqlar masasında olan sənəddə problemli nöqtələri, həmçinin bu problemlərdən kənar qaçmaq imkanlarını dəqiqləşdirilib. Görüşdə danışıqlar prosesindən kənarda olan, digər beynəlxalq qurumlarda tətbiq olunan və tərəflərin səylərini sülh prosesindən yayındıran maneə və təşəbbüslərə xüsusi diqqət verilib.

Vardan Oskanyan və ATƏT-in Minsk qrupunun həmsədrləri həmçinin Ermənistan və Azərbaycanın XİN başçılarının görüşünün təşkil olunma ehtimalını da müzakirə ediblər.

Xəbər lenti

Xəbər lenti