...

Toomas Hendrik İlves: Rusiya Gürcüstan üçün qazın "siyasi qiymətini" təyin edib

Dünya xəbərləri Materials 24 Noyabr 2006 11:19 (UTC +04:00)

"Rusiya Gürcüstan üçün təbii qazın "siyasi qiyməti"ni təyin edib. Bu barədə Tiflisdə jurnalistlərə Estoniya prezidenti Toomas Hendrik İlves bəyan edib.

"Rusiya Avropaya qazı 209 dollara satır, Gürcüstan üçün isə bundan 21 dollar artıq qiymət təyin edib. Burada heç bir kommersiya məqsədi yoxdur və bu, siyasi təzyiq cəhdidir", - deyə prezident vurğulayıb.

Trend in Tiflisdəki xüsusi müxbiri bildirib ki, İlvesin fikrincə, Avropa tərəfdaşlığı çərçivəsində bu cür münasibət yolverilməzdir. O, bu məsələni noyabrın 24-də Helsinkidə başlayacaq AB-Rusiya görüşündə qaldırmaq niyyətindədir.

Xəbər lenti

Xəbər lenti