...

Tehran İranı nüvə dövlətinə çevirmək mövqeyini israrla müdafiə edəcək – İİR-ın Ali Milli təhlükəsizlik Şurasının katibi

Dünya xəbərləri Materials 15 Mart 2007 13:49 (UTC +04:00)

Tehran İranı sülhməramlı nüvə texnologiyasına malk dövlətə çevirmək mövqeyini israrla müdafiə edəcək, - deyə İİR-ın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani bəyan edib.

İranın AMTŞ-ın katibi həmçinin BMT Təhlükəsizlik Şurasının İrana qarşı mövqeyini qınayıb və bəyan edib ki, Tehran İranı nüvə dövlətinə çevirmək mövqeyini israrla müdafiə edəcək, bu məlumatı İRNA . verir.

Laricani həmçinin bəyan edib ki, İran ABŞ-ın hücumlarına hərbi qüvvələrlə cavab verəcək. "Təbiidir ki, hərbi qüvvələrə hərbi qüvvələrlə cavab verəcəyik", - deyə Laricani jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Xəbər lenti

Xəbər lenti