Azərbaycan, Bakı, 5 noyabr /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanda ilk dəfə bu il dekabrın əvvəlində Milli Ecazkar Oyunlar Çempionatının keçirilməsi nəzərdə tutulur.
Azərbaycan Milli Elmlər Akademiyasından bazar ertəsi Trend-ə verilən məlumata görə, hazırda Qəbələ, Şəki, Zaqatala və İmişli rayonlarında çempionatda iştirak edəcək namizədlər seçilir. Növbəti həftə isə Bakı və Sumqayıtda seçmə turlar təşkil olunacaq. Bununla da seçmə turlar yekunlaşacaq və yarışın respublika mərhələsinə start veriləcək.
Çempionatda təxminən 50 namizədin iştirakı nəzərdə tutulur. Yarışın iştirakçıları yeni oyun yaratmalı, həm də öz yeni ixtiralarını, ecazkar oyun nümunələrini təqdim etməlidirlər.
Bu çempionat dünyada 1978-ci ildən təşkil olunur. İndiyədək MDB ölkələrindən yalnız Rusiya bu yarışda iştirak edib.