...

Avropa Oyunlarında idmançılar bu şəraitdə qalacaqlar (FOTO)

Baku 2015 : EUROGAMES Materials 4 İyun 2015 18:03 (UTC +04:00)
Azərbaycanda keçiriləcək birinci Avropa Oyunları ərəfəsində Atletlər kəndinə media tur təşkil edilib.
Avropa Oyunlarında idmançılar bu şəraitdə qalacaqlar (FOTO)

Azərbaycan, Bakı, 4 iyun /Trend/

Azərbaycanda keçiriləcək birinci Avropa Oyunları ərəfəsində Atletlər kəndinə media tur təşkil edilib.

Trend-in məlumatına görə, turda media mənsubları idmançıların Oyunlar zamanı qalacağı mənzillərdə, yeməkxanada, idman və oyun zalında və s. yaradılan şəraitlə tanış olublar.

Atletlər kəndində 1042 mənzildə 7500 nəfərin qalması üçün hərtərəfli şərait yaradılıb. Yeməkxanada eyni vaxtda 2079 atlet nahar edə bilər, eləcə də müxtəlif dini və mədəni dəyişiklikləri nəzərə alaraq idmançılara orada müxtəlif ölkələrin mətbəxi təklif olunacaq. Oyunlar ərzində 1 milyon yarım litr adi içməli su, 10 min ton dəniz, ət və digər məhsullar nəzərdə tutulub.

Atletlər üçün superəyləncə mərkəzinin adi əyləncə mərkəzindən fərqli cəhəti burada idmançıların vaxtını daha səmərəli keçirməsi üçün xüsusi oyun zallarının quraşdırılmasıdır.

Adi istirahət mərkəzində isə sadəcə olaraq "wifi", televiziya, kompüter oyunları nəzərdə tutulub.

İdmançılar üçün nəzərdə tutulan poliklinika da 24 saat 7 gün fəaliyyət göstərəcək. Həmin poliklinika idmançılar və ərazidə olan insanlar üçün nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti