...

Bakıda Avropa Oyunlarında iştirak edəcək 34 ölkənin MOK üzvləri ilə görüş keçirilib

Baku 2015 : EUROGAMES Materials 8 İyun 2015 17:09 (UTC +04:00)
Bakı-2015 Atletlər kəndinə yerləşmiş Avropanın 34 ölkəsindən gələn Milli Olimpiya komitələrinin (MOK) üzvləri ilə görüş keçirilib.
Bakıda Avropa Oyunlarında iştirak edəcək 34 ölkənin MOK üzvləri ilə görüş keçirilib

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir İlkin İzzət/

Bakı-2015 Atletlər kəndinə yerləşmiş Avropanın 34 ölkəsindən gələn Milli Olimpiya komitələrinin (MOK) üzvləri ilə görüş keçirilib.

Trend xəbər verir ki, MOK-ları təmsil edən komandanın üzvləri və Bakı-2015-in heyəti ilə yanaşı, Avropa Olimpiya komitələrindən nümayəndələrin də iştirak etdiyi ilk yığıncaqda MOK-lara Oyunlar barədə son məlumatlar verilib.

Bildirilib ki, belə yığıncaqların iki gündə bir dəfə keçirilməsi planlaşdırılır. Növbəti görüşün iyunun 9-da baş tutacağı gözlənilir.

Qeyd edək ki, I Avropa Oyunları Bakıda 12-28 iyunda keçiriləcək. Oyunlarda ümumilikdə 20 idman növü üzrə Avropanın müxtəlif ölkələrindən 6 mindən çox idmançı mübarizə aparacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti