...

Analitik: Yalnız Sarkisyanın istefası Ermənistanda real dəyişikliklər etmək üçün yetərli deyil

Gündəm Materials 25 Aprel 2018 10:24 (UTC +04:00)
Yalnız Sarkisyanın istefası Ermənistanda real dəyişikliklər etmək üçün yetərli deyil.
Analitik: Yalnız Sarkisyanın istefası Ermənistanda real dəyişikliklər etmək üçün yetərli deyil

Bakı. Trend:

Yalnız Sarkisyanın istefası Ermənistanda real dəyişikliklər etmək üçün yetərli deyil.

Ermənistanın paytaxtı İrəvanda hökumət əleyhinə çıxan minlərlə nümayişçi 10 illik prezidentlik dövründən sonra ölkə parlamenti tərəfindən Serj Sarkisyanın baş nazir vəzifəsinə təyin edilməsinə etiraz nümayiş etdirdi. Bir neçə gün ərzində küçələrdə 100 mindən çox adam yeni təyin olunmuş baş nazirin istefasını tələb etdi. Aprelin 23-də Serj Sarkisyan 11 gün davam edən etiraz aksiyasından sonra istefa verib.

Beynəlxalq Avrasiya Mətbuat Fondundan Trend-ə verilən məlumata görə, bunu Brüsseldə yerləşən Cənubi Qafqaz üzrə Avropa Siyasəti Mərkəzinin baş analitiki Amanda Pol "Eurasia Diary"ə verdiyi müsahibəsində deyib.

Ermənistanda bu irimiqyaslı nümayişin səbəblərindən danışan A.Pol bildirib ki, bu etirazlar vasitəsilə ermənilər "Kifayətdir! Yetər!" dedilər: "Ermənilər Sarkisyanın şantajçıları və müttəfiqlərindən cana doyub. Onlar səssiz qalmaqdan və Sarkisyanın prezident postunu baş nazir vəzifəsilə əvəz edərək hakimiyyətdə qalmasına imkan verən siyasi sistemdəki dəyişiklikləri qəbul etməkdən imtina etdilər".

O, bu etirazların həlledici olduğunu, buna baxmayaraq, bunun son bir neçə il ərzində ermənilərin rəhbərliyə qarşı qəzəb və narazılığını ifadə etdiyi 2015-ci ildə keçirilən "Ermənistanın elektrik şəbəkələri" nümayişləri də olmaqla ilk hal olmadığını deyib. Ancaq bu dəfə küçəyə çıxan adamların sayı görülməmiş dərəcədə çox idi və təxminən 200 minə çatırdı:

"İnsanlar rüşvətxorluqdan, iqtisadi çətinliklərdən, özbaşınalıqdan, qeyri-demokratik idarəetmədən, sosial bərabərsizlikdən və s. yorulub və daha yaxşı həyat istəyirlər. Cəmiyyət daha fəal olub, xüsusilə də gənc nəsil səthi islahatlar deyil, real dəyişikliklər istəyir. Vətəndaş cəmiyyəti daha da güclənib. Ermənilər hakimiyyətə qarşı çıxmağa, dəyişiklikləri tələb etməyə və Sarkisyan getməyincə evə dönməyəcəklərinə hazır olduqlarını nümayiş etdirdilər. Ancaq onun istefası Ermənistanda real dəyişikliklər etmək üçün yetərli deyil. Yeni parlament seçkilərinin keçirilməsi tələbi var və bu, növbəti addım olmalıdır".

Beynəlxalq ictimaiyyətin Ermənistandakı etirazlara reaksiyasından danışarkən ekspert deyib ki, onlar dialoq qurulmasına və təmkinli olmağa çağırdılar, lakin sonda Sarkisyan başa düşdü və daha öncə olduğu kimi ağır taktikaya əl atmaq və güc tətbiq etmək əvəzinə, istefa verdi:

"Belə bir qərarın verilməsi Qərblə, xüsusilə də Ermənistanın yenicə müqavilə bağladığı Avropa İttifaqı ilə münasibətlərinin pisləşməsinə gətirib çıxarardı. Bu razılaşma İrəvan üçün önəmlidir. Aydındır ki, Ermənistanda yaşayan hərbi sülhməramlıların nümayişçilərlə çiyin-çiyinə durmaq qərarı həlledici oldu. Bu, hökumətin inamını qırdı və onların vəziyyətə nəzarət etməsinə mane oldu".

Analitik bildirib ki, Ermənistandakı bu vəziyyət Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində çətin ki, hər hansı bir dəyişikliyə səbəb olsun. Bunun Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə necə təsir edəcəyini görmək üçün zamana ehtiyac var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti