...

Hadı Rəcəbli: Gələn il ölkədə icbari tibbi sığorta daha geniş vüsət alacaq

Gündəm Materials 6 Noyabr 2018 12:25 (UTC +04:00)
Gələn il ölkədə icbari tibbi sığorta daha geniş vüsət alacaq.
Hadı Rəcəbli: Gələn il ölkədə icbari tibbi sığorta daha geniş vüsət alacaq

Bakı. İlhamə İsabalayeva – Trend:

Qeyri-qanuni məşğulluğun qarşısının alınması ən vacib məsələlərdən biridir.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Mədəniyyət, Əmək və sosial siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil və Səhiyyə komitələrinin birgə keçirilən iclasında çıxış edən Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

O qeyd edib ki, DOST sisteminin yaradılması sosial təminat sahəsində böyük dəyişiklliyə səbəb olacaq: "Biz passiv sosial müdafiədən aktiv sosial müdafiə sisteminə keçməliyik".

H.Rəcəbli vurğulayıb ki, gələn il ölkədə icbari tibbi sığorta daha geniş vüsət alacaq:

“Bunun ən əhəmiyyətli tərəflərindən biri həkimlərin əməkhaqlarının artırılmasıdır. Güman edirəm ki, 2020-ci ildə bu məsələ öz həllini tapacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti