...

Deputat: Sosial sığorta haqqında qanuna dəyişiklikdə məqsəd qeyri-leqal məşğulluğun qarşısının alınmasıdır

Gündəm Materials 27 Noyabr 2018 16:40 (UTC +04:00)
Sosial sığorta haqqında qanuna dəyişikliklə bağlı fikirlər artıq uzun müddətdir ki, müzakirə olunur.
Deputat: Sosial sığorta haqqında qanuna dəyişiklikdə məqsəd qeyri-leqal məşğulluğun qarşısının alınmasıdır

Bakı. Elçin Mehdiyev - Trend:

Sosial sığorta haqqında qanuna dəyişikliklə bağlı fikirlər artıq uzun müddətdir ki, müzakirə olunur. Mahiyyət qeyri-leqal məşğulluğun qarşısının alınmasıdır. Trend-in məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli parlamentin bu gün keçirilən iclasında "Sosial sığorta haqqında" qanunda dəyişiklik edilməsi barədə layihəni təqdim edərkən deyib.

“Bildiyiniz kimi qeyri-leqal fəalyyətlə məşğul olan işçilərin sosial sığortası yoxdur. Bu baxımdan prezident İlham Əliyev tərəfindən 2017-ci il 9 oktyabr tarixli imzalanan sənədə əsasən qeyri-leqal məşğulluğun qarşınının alınması ilə bağlı tədbirlər görülür. Bizim istədiyimiz leqallaşma ilə bağlı addımlar Vergilər Nazirliyi tərəfindən atılır. Digər bir istəyimiz sosial sığorta ilə bağlıdır. Qanuna ediləcək dəyişikliklərlə əlaqədar həm sahibkarın vergi yükü azalır, həm işçilər sosial sığortaya cəlb olunur. Əvvəllər əməliyyatlar DSMF tərəfindən aparılırdısa, indi bu məsələ Vergilər Nazirliyi tərəfindən tənzimlənəcək. Bütövlükdə layihə sahibkara, həm də işçiyə dəstəkdir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti