...

Metronun "Nizami" stansiyası yaxınlığında gəncin öldürülməsi ilə bağlı cinayət işi açılıb

Gündəm Materials 11 Yanvar 2019 17:38 (UTC +04:00)
Bakı Metropiltetinin "Nizami" metro stansiyası yaxınlığında Emin Şəmiyev adlı gəncin bıçaqlanaraq öldürülməsi ilə bağlı Yasamal rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə cinayət işi açılıb.
Metronun "Nizami" stansiyası yaxınlığında gəncin öldürülməsi ilə bağlı cinayət işi açılıb

Bakı. İlhamə İsabalayeva - Trend:

"Bakı Metropilteni"nin "Nizami" stansiyası yaxınlığında Emin Şəmiyev adlı gəncin bıçaqlanaraq öldürülməsi ilə bağlı Yasamal rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1 (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi açılıb.

Bu barədə Trend-ə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.

E.Sultanov bildirib ki, hazırda rayon prokurorluq və polis əməkdaşları hadisə yerindədirlər.

İş üzrə polis və prokurorluq əməkdaşlarından ibarət istintaq əməliyyat qrupu yaradılıb. Cinayətkarın müəyyənləşdirilərək tutulması üçün zəruri və təxirəsalınmaz istintaq əməliyyat tədbirləri aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti