...

Bu marşrut xətti üzrə “BakuBus” avtobusları işləyəcək (FOTO)

Gündəm Materials 11 İyun 2020 09:40 (UTC +04:00)
Bu marşrut xətti üzrə “BakuBus” avtobusları işləyəcək (FOTO)

Bakı. Samir Əli - Trend:

Bu gündən 24 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımaları “BakuBus” MMC-yə məxsus BMC Procity 12 metrlik müasir və komfortlu avtobuslarla həyata keçirilir.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, dəyişiklik nəticəsində Bakıxanov və Qaraçuxur qəsəbələrinin “Koroğlu” NMM və metronun “N.Nərimanov” stansiyası ilə marşrut xətti ilə əlaqələndirilməsi təmin edilib.

Sərnişinlərin “BakıKart”-ın balansını artıra bilməsi üçün 24 nömrəli marşrut xətti boyunca xüsusən də Bakıxanov və Qaraçuxur qəsəbələri ərazisində 7 ünvanda pos-terminal qoyulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti