...

Lənkəranda yanğın - İki uşaq öldü

Gündəm Materials 11 Noyabr 2020 12:00 (UTC +04:00)
Lənkəranda yanğın - İki uşaq öldü

Bakı. Trend:

Yanğın nəticəsində ümumi sahəsi 81 kv.m olan birmərtəbəli üçotaqlı evin yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğın zamanı 3 nəfər azyaşlı xilas edilərək Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin həkim briqadasına təhvil verilib.

Uşaqlardan ikisi (2019 və 2014-cü il təvəllüdlü) xəstəxanada vəfat edib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti