...

Ağsu və Göyçayda yaşı 65-dən yuxarı olan şəxslərin vaksinasiyası başlandı

Gündəm Materials 8 Fevral 2021 16:57 (UTC +04:00)
Ağsu və Göyçayda yaşı 65-dən yuxarı olan şəxslərin vaksinasiyası başlandı

Bakı. Samir Əli - Trend:

Bu gündən etibarən Bakı şəhəri ilə yanaşı, bölgələrdə də 65 yaşdan yuxarı şəxslərin koronavirusa qarşı peyvəndlənməsinə başlanıb.

Göyçay rayon Mərkəzi Xəstəxanasından Trend-ə verilən məlumata görə, səhər saatlarından həmin şəxslərin müraciətləri qəbul edilir: "Müraciət edən şəxslər müayinə olunur, yoxlanılır, əks - təsir olmadığı halda peyvəndlənir. Artıq bu gün 43 nəfər xəstəxasnada peyvənd olunub. Hazırda vaksinasiya üçün müraciətlərə baxılması davam etdirilir".

Ağsu rayon Mərkəzi Xəstəxanasından isə Trend-ə bildirilib ki, bu gün rayon üzrə 21 nəfər 65 yaşdan yuxarı şəxs koronavirusa qarşı vaksin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti