...

“Media haqqında” yeni qanun layihəsi əvvəlki qanundan qat-qat liberaldır - Mirşahin Ağayev

Gündəm Materials 28 Dekabr 2021 12:29 (UTC +04:00)
“Media haqqında” yeni qanun layihəsi əvvəlki qanundan qat-qat liberaldır - Mirşahin Ağayev

Bakı. Elçin Mehdiyev - Trend:

“Media haqqında” qanun layihəsi KİV haqqında əvvəlki qanundan qat-qat liberaldır.

Trend-in məlumatına görə, bunu Real Təhlil və İnformasiya Mərkəzinin direktoru Mirşahin Ağayev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin və İnsan hüquqları komitəsinin birgə iclasında qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, burada söhbət təkcə qanun layihəsindən deyil, çox ciddi informasiya təhlükəsizliyindən gedir:

“Bu, təkcə Azərbaycan mediasının müstəqilliyini yox, Azərbaycan dövlətinin müstəqilliyini müdafiə edən bir qanun olmalıdır”, - deyə M.Ağayev bildirib.

O qeyd edib ki, bəziləri bu qanun haqqında yanlış fikir formalaşdırmağa çalışırlar: “Onlar istəmirlər ki, biz güclü olaq. Onlar istəyirlər ki, köhnə mühitdə qalaq, bilirlər ki, bu qanun qəbul olunduqdan sonra meydanda at oynada bilməyəcəklər”, - deyə M.Ağayev vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti