...

Şuşa şəhəri yeni nəsil diskussiya mərkəzinə çevrilməlidir - Rövşən Məmmədov

Gündəm Materials 22 İyul 2022 22:43 (UTC +04:00)
Şuşa şəhəri yeni nəsil diskussiya mərkəzinə çevrilməlidir - Rövşən Məmmədov
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Qarabağın Azərbaycan olması fatı artıq qlobal səviyyədə qəbul olunub.

Trend xəbər verir ki, bunu Şuşa şəhərində Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “Kütləvi İnformasiya Vasitələri Sahəsində Qlobal Tendensiyalar və Yeni Çağırışlar” mövzusunda I Beynəlxalq Media Forumunda çıxışında “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov deyib.

"Qarabağda baş verən hadisələrlə bağlı həqiqəti çatdırmaq, bu istiqamətdə çox çalışmaq lazımdır. Biz artıq nəticələri görürük, bunu bu gün azad edilmiş torpaqların bərpasına yardım edən beynəlxalq şirkətlərin sayı sübut edir", - deyə R.Məmmədov bildirib.

Onun sözlərinə görə, bu forum Azərbaycanın artıq həqiqətləri dünya ictimaiyyətinə yüksək səviyyədə çatdırdığının əyani təsdiqidir.

QSC sədri onu da qeyd edib ki, Şuşa şəhəri yeni nəssil müzakirə mərkəzinə çevrilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti