...

İkinci Qarabağ müharibəsi zamanı erməni diasporu tərəfindən ödənilmiş çoxlu yalan məlumatlar olub - İraqın Strateji Araşdırmalar Mərkəzi

Gündəm Materials 22 İyul 2022 22:48 (UTC +04:00)
İkinci Qarabağ müharibəsi zamanı erməni diasporu tərəfindən ödənilmiş çoxlu yalan məlumatlar olub - İraqın Strateji Araşdırmalar Mərkəzi
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Şuşa. Trend:

Bu gün biz Qarabağda erməni vandalizminin izlərini öz gözlərimizlə görürük.

Trend xəbər verir ki, bunu Şuşa şəhərində Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “Kütləvi İnformasiya Vasitələri Sahəsində Qlobal Tendensiyalar və Yeni Çağırışlar” mövzusunda I Beynəlxalq Media Forumunda çıxışında İraqın Strateji Araşdırmalar Mərkəzinin direktoru Mats Muhı Əbdülhəmid Obada deyib.

"Bugünkü çıxışım 44 günlük Qarabağ müharibənin dünya mətbuatında, xüsusən də ərəb mediasında işıqlandırılmasına həsr olunub. Beynəlxalq mediada erməni diasporu tərəfindən ödənilmiş çoxlu yalan məlumatlar var idi. Ermənistan dəfələrlə saxta materiallar və şəkillər dərc edib", - deyə, o, bildirib.

İraqın Strateji Araşdırmalar Mərkəzinin direktoru qeyd edib ki, Ermənistan tərəfi dəfələrlə Azərbaycanı “xristian irsini məhv etməkdə” ittiham edib, lakin bu, çirkin yalandır.

"Bu gün biz Qarabağda 30 illik erməni işğalı zamanı dağıdılmış dini abidələri öz gözlərimizlə görürük. Biz İraqda da bundan əziyyət çəkdik. Erməni mətbuatı Qarabağ müharibəsində iştirak etmək üçün İraqdan muzdluların cəlb olunması ilə bağlı yalan məlumatlar yayırdı. Biz saxta xəbərlərlə mübarizədə birləşməli, KİV sahəsində əməkdaşlığını gücləndirməliyik", - deyə, o, bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti