...

Ötən ay əlilliyi olan şəxslərə verilən reabilitasiya vasitələrinin sayı məlum oldu

Gündəm Materials 18 Fevral 2025 11:40 (UTC +04:00)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu ilin yanvar ayında əlilliyi olan şəxsləri 11,3 min reabilitasiya vasitəsi ilə təmin edib.

Trend xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Biildirilib ki, onlardan 846-sı təkərli oturacaq (o cümlədən 33-ü mühərrikli təkərli oturacaq), 265 aşağı və yuxarı ətraf protezi, habelə 135-i eşitmə aparatı, 255-i qoltuqaltı və dirsəkaltı ağac, 9-u korset olub.

"Həmin şəxslərə 330 cüt protez ayaqqabı, 493 cüt ortopedik ayaqqabı və s. reabilitasiya vasitələri də təqdim olunub.

Yanvar ayında ümumilikdə 1,9 min nəfər əlilliyi olan şəxs reabilitasiya vasitələri ilə təmin edilib",- deyə məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti