...

İran BƏƏ-nin iki gəmisini saxlayıb, ekipajı həbs edib

Hadisə Materials 19 İyun 2013 09:41 (UTC +04:00)
İran ölkə sərhədlərini pozmuş Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) məxsus iki balıqçı gəmisini saxlayıb. Gəmidə ümumilikdə 13 nəfər ekipaj üzvü olub və onlar həbs olunublar.
İran BƏƏ-nin iki gəmisini saxlayıb, ekipajı həbs edib

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir T.Cəfərov/

İran ölkə sərhədlərini pozmuş Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) məxsus iki balıqçı gəmisini saxlayıb. Gəmilərdə ümumilikdə 13 nəfər ekipaj üzvü olub və onlar həbs olunublar. Trend-in məlumatına görə, bu barədə İSNA agentliyi məlumat verir.

Qeyd edək ki, həbs olunmuş şəxslərdən 12-si BƏƏ, biri isə Hindistan vətəndaşıdır. Saxlanılan balıqçı gəmilərindən 30 kiloqram balıq müsadirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti