...

Bakı Beynəlxalq Avtovağzalında oğurluq törədilib

Hadisə Materials 11 Oktyabr 2013 11:11 (UTC +04:00)
Polis Bakı Beynəlxalq Avtovağzalında oğurluqda şübhəli bilinən şəxsi tutub.
Bakı Beynəlxalq Avtovağzalında oğurluq törədilib

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir İ.İzzət/

Polis Bakı Beynəlxalq Avtovağzalında oğurluqda şübhəli bilinən şəxsi tutub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı Beynəlxalq Avtovağzalında, "Temsa" markalı avtobusda Astara rayon sakini Şəhriyar Bayramzadəyə məxsus noutbuk oğurlanıb. Binəqədi Rayon Polis İdarəsi 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri operativ əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Cəlilabad rayon sakini Rəşad Məmmədov tutulub.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsi araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti