...

SOCAR-ın əməkdaşı öldü

Hadisə Materials 29 Yanvar 2015 12:44 (UTC +04:00)
Gəmiyə minib-düşmə zamanı təhlükəsizlik qaydalarına əməl olunmaması bədbəxt hadisə ilə nəticələnib.
SOCAR-ın əməkdaşı öldü

Azərbaycan, Bakı, 29 yanvar /Trend/

Gəmiyə minib-düşmə zamanı təhlükəsizlik qaydalarına əməl olunmaması bədbəxt hadisə ilə nəticələnib.

Trend-in ARDNŞ-ın saytına istinadən verdiyi məlumata görə, yanvarın 28-də, saat 18.10 radələrində Xəzər Dəniz Neft Donanmasının PSK-39 gəmisi ilə "Abşeronneft" NQÇİ-nin istismar etdiyi 720 saylı özüldə növbə dəyişilən zaman SOCAR-ın Nəqliyyat İdarəsinin 5 saylı Texnoloji Nəqliyyat Departamentində sementləyici aqreqat maşinisti işləyən 1956-cı il təvəllüdlü Məmmədov Ağaməlik Sübhan oğlu gəminin lövbər salmasını gözləmədən təhlükəsizlik qaydalarını pozub və vaxtından əvvəl özülə çıxmaq istəyərkən dənizə düşərək xəsarət alıb.

Yoldaşları tərəfindən dərhal sudan çıxarılmasına baxmayaraq o, aldığı xəsarətdən gəmidə ölüb. Ağaməlik Məmmədovun meyiti tibbi ekspertizadan keçirildikdən sonra ailəsinə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti