Azərbaycan, Bakı, 17 fevral /Trend, müxbir İlkin İzzət/
Ağcabədi sakinlərinin "Azər-mühafizə" MMC-nin rayon filialının rəisi barəsində şikayəti araşdırılır.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 16-da Ağcabədi rayon sakinləri Nadir Cəfərov, Fikrət Əliyev, Emin Rzayev, Mirza İbrahimov və Vasif Quliyev rayon Polis Şöbəsinə ərizə ilə müraciət ediblər. Onlar 2014-cü ildə "Azər-mühafizə" MMC-nin Ağcabədi rayon filialının rəisi Malik Səfərov tərəfindən aldadılıb ümumilikdə 12900 manat pullarının alınmasını bildiriblər.