...

Oxot dənizində batan gəmidə ölənlərin sayı 55 nəfərə çatıb

Hadisə Materials 2 Aprel 2015 16:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 aprel /Trend/

Oxot dənizində "Dalniy Vostok" balıqçı gəmisinin qəzaya uğraması nəticəsində ölən ekipaj üzvlərinin sayı 55 nəfərə çatıb. Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya FHN-in regional idarəsindən bildiriblər.

Qeyd olunub ki, dənizdə daha 1 nəfərin cəsədi tapılıb. Traulerdə olan 132 nəfərdən 62-si xəsarətlərlə xilas edilib, ümumilikdə 55 nəfərin cəsədi çıxarılıb.

15 balıqçının taleyi ilə bağlı məlumat hələ ki yoxdur.

Qeyd edək ki, Rusiyanın "Dalniy Vostok" trauleri Oxot dənizində Maqadandan 300 kilometr aralıda batıb, zərərçəkənlər arasında azərbaycanlılar da var.

Gəminin göyərtəsində 78 Rusiya vətəndaşı və 54 xarici vətəndaş olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti