...

Azərbaycanlı Moskva məhkəməsinin ömürlük həbs cəzasından şikayət etdi

Hadisə Materials 9 Fevral 2016 14:00 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanlı Xəlil Sarıyev polis əməkdaşının həyatına qəsd etməyə görə, Moskva Şəhər Məhkəməsinin barəsində çıxarmış olduğu ömürlük azadlıqdan məhrum etmə cəzası ilə bağlı hökmdən şikayət verib.

Trend-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, X.Sarıyevin vəkilləri də məhkəməyə şikayət təqdim ediblər. X.Sarıyev cinayət hadisəsində təqsirləndirilməsini inkar edərək özünü müdafiə etdiyini bildirib.

İttiham rəyinə əsasən, ötən il aprelin 5-dən 6-na keçən gecə X.Sarıyev bir neçə nəfərlə birgə olduğu mənzilə daxil olan hüquq-mühafizə orqanları əməkdaşlarından biri Sergey Jadobkinə atəş açıb. O, aldığı yaralardan dünyasını dəyişib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti