...

Astarada 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi açılıb

Hadisə Materials 13 May 2016 12:33 (UTC +04:00)
Bu gün Ələt-Astara magistralında baş vermiş ağır yol qəzası nəticəsində 2 nəfər ölüb, 9 nəfər xəsarət alıb.
Astarada 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi açılıb

Bakı. Trend:

Bu gün Ələt-Astara magistralında baş vermiş ağır yol qəzası nəticəsində 2 nəfər ölüb, 9 nəfər xəsarət alıb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-ə bildirib ki, xəsarət alanlar xəstəxanalara yerləşdirilib. Faktla bağlı Astara rayon Polis şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını poza, iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Baş Prokurorluq rəsmisi qeyd edib ki, hadisə yerindən qaçan yük avtomobilinin sürücüsünün şəxsiyyətinin müəyyənləşdirilərək tutulması istiqamətində təxirəsalınmaz istintaq əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, bu gün Ələt-Astara magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib. "Ford" markalı sərnişin mikroavtobusu iritonnajlı yük maşını ilə toqquşub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti