Bakı. Trend:
Sumqayıtda sığorta şirkətinin ofisində yanğın olub.
Trend Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir ki, Sumqayıt şəhərində üçmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən "Azərsığorta" şirkətinə məxsus ümumi sahəsi 50 kv.m olan 1 otağında 6 kv.m sahədə arxiv sənədləri yanıb və yüksək temperaturdan lambirdən ibarət tavan 10 kv.m sahədə əriyib.
Sığorta şirkətinin qalan hissəsi və yaşayış binası yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.