...

Ağdaş xəstəxanasında 9 yaşlı uşağın ölümü ilə bağlı cinayət işi açıldı

Hadisə Materials 11 İyul 2017 11:56 (UTC +04:00)
Ağdaş Mərkəzi Rayon Xəstəxanasında azyaşlının ölümü ilə əlaqədar cinayət işi açılıb.
Ağdaş xəstəxanasında 9 yaşlı uşağın ölümü ilə bağlı cinayət işi açıldı

Bakı. Trend:

Ağdaş Mərkəzi Rayon Xəstəxanasında azyaşlının ölümü ilə əlaqədar cinayət işi açılıb.

Ağdaş rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, qeyd edilən faktla bağlı prokurorluqda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Ölümün baş vermə səbəblərinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, Qəbələ rayon Qaradeyin kənd sakini, 2008-ci il təvəllüdlü Mehralıyev Seymur Qoşqar oğlu sağ said sümüyünün sınığı xəsarəti ilə xəstəxanaya gətirilib. Azyaşlı əməliyyata girərkən dünyasını dəyişib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti