...

Qırmızı qəsəbədə 2 top mərmisi tapılıb (FOTO)

Hadisə Materials 12 İyul 2019 18:03 (UTC +04:00)
Quba rayonu, Qırmızı qəsəbədə 2 ədəd 76 mm-lik top mərmisi aşkar olunub.
Qırmızı qəsəbədə 2 top mərmisi tapılıb (FOTO)

Bakı. Trend:

Quba rayonu, Qırmızı qəsəbədə 2 ədəd 76 mm-lik top mərmisi (Ş-354) aşkar olunub.

ANAMA-dan Trend-ə verilən məlumata görə, 2019-cu il 12 İyul tarixində saat 13:46-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Quba rayonu, Qırmızı qəsəbə ərazisində mərminin tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Quba rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Quba rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə 2-ci yəhudi qəbirstanlığına baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 2 ədəd 76 mm-lik top mərmisi (Ş-354) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmilərinin ətrafında 200 kv.m əraziyə yerüstü, 30 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti