...

Hacıqabulda “Toyota” aşdı, ölən var

Hadisə Materials 25 Oktyabr 2019 19:30 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, oktyabrın 24-də saat 13 radələrində Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində Bakı şəhər sakini İ.Əliyev idarə etdiyi “Toyota” markalı avtomobili yol ayırıcısına vurub və zərbədən nəqliyyat vasitəsi aşıb. Nəticədə avtomobildəki sərnişin, paytaxt sakini Kamran Qasımov hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti