...

Bakıda "Mercedes" 63 yaşlı kişini vurub öldürdü

Hadisə Materials 17 İyul 2020 12:05 (UTC +04:00)
Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Bakıda "Mercedes" 63 yaşlı kişini vurub öldürdü

Bakı. Samir Əli - Trend:

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub.

Trend-in məlmatına görə, hadisə paytaxtın Xətai rayonu, Gəncə prospektində qeydə alınıb. Bak şəhər sakini, 1986-cı il təvəllüdlü Elton Məmmədov idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən piyada, 1957-ci il təvəllüdlü Ağadur Abdullayevi vurub. Yaralı aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Fakla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti