...

Qohumunun evindən oğurluq edən şəxs saxlanılıb

Hadisə Materials 5 Dekabr 2020 13:22 (UTC +04:00)
Qohumunun evindən oğurluq edən şəxs saxlanılıb

Bakı. Trend:

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qohumunun evindən məişət avadanlıqları oğurlayan şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, Lənkəran rayonunun Aşağı Nüvədi kənd sakini N.Rəsulova məxsus yaşayış evindən ümumi dəyəri 1150 manat olan televizor, müşahidə kamerasının yaddaş aparatı, su motoru və anten aparatının oğurlanması ilə bağlı polisə müraciət daxil olub. Lənkəran ŞRPŞ-nin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun zərərçəkmişin qohumu, Aşağı Nüvədi kənd sakini M.Dadaşov olduğu müəyyən edilib. Oğurlanmış əşyalar həmin şəxsdən aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti