...

Lənkəranda 2 otaqlı ev yanıb

Hadisə Materials 16 Dekabr 2020 09:38 (UTC +04:00)
Lənkəranda 2 otaqlı ev yanıb

Bakı. Trend:

Lənkəran şəhərində ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları və dam örtüyü 30 kv.m sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 1 nəfər xilas edilərək təhlükəsiz əraziyə təxliyə olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti