...

Karantini pozan çay evinin sahibi və müştəriləri cərimələnib

Hadisə Materials 18 Dekabr 2020 12:49 (UTC +04:00)
Karantini pozan çay evinin sahibi və müştəriləri cərimələnib

Bakı. Trend:

Lənkəranda karantin rejiminin tələblərini pozaraq fəaliyyət göstərən çay evi aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının karantin rejim qaydalarının təmin olunması istiqamətində keçirdikləri növbəti tədbirlər zamanı rayonun Kərgəlan kəndində karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən çay evi aşkarlanıb.

Həmin obyekti işlədən Kərgəlan kənd sakini T. Rzayev və 5 nəfər müştəri polis şöbəsinə dəvət olunaraq həmin şəxslərlərlə profilaktik söhbətlər aparılıb, karantin rejiminin qaydaları və tələbləri bir daha izah edilib. T.Rzayev karantin qaydalarını təkrarən pozduğu üçün onun barəsində toplanmış materiallar Lənkəran Rayon Məhkəməsinə göndərilib. Digərləri barəsində isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti