...

Qoşqarçayda naməlum qadın meyiti tapılıb

Hadisə Materials 7 May 2021 11:32 (UTC +04:00)
Qoşqarçayda naməlum qadın meyiti tapılıb

Bakı. Trend:

Göygöl rayonu ərazisində çayda qadın meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN ) Trend-ə verilən məlumata görə, "112" qaynar telefon xəttinə Qoşqarçay çayının Göygöl rayonu, Yeni Qızılca kəndi ərazisindən keçən hissəsində aşkar edilmiş naməlum qadın meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

Müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu hadisə yerinə cəlb olunub.

Görülən tədbirlər nəticəsində meyit çaydan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti