...

Şəkidə avtomobil piyadanı vuraraq öldürüb

Hadisə Materials 20 Noyabr 2021 12:22 (UTC +04:00)
Şəkidə avtomobil piyadanı vuraraq öldürüb

Bakı. Samir Əli - Trend:

Bugün səhər saatlarında Şəki şəhəri Salman Mümtaz küçəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, rayonun Baş Küngüt kənd sakini Arif Ağammədov idarə etdiyi “VAZ-2103” markalı avtomobillə yolu keçən piyada Rasif Abdullayevi vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti