...

Piyadanı öldürüb qaçan sürücü saxlanıldı

Hadisə Materials 12 Yanvar 2022 12:29 (UTC +04:00)
Piyadanı öldürüb qaçan sürücü saxlanıldı

Bakı. Samir Əli - Trend:

Yanvarın 10-da saat 18 radələrində Nərimanov rayonunun "Baksol" yolunda müəyyən edilməmiş avtomobillə yolu keçən Lənkəran rayon sakini Fəzail İbrahimov vurulub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Daf” markalı avtomobillə törədilməsi müəyyən edilib.

Yol qəzasını törədərək hadisə yerindən yayınmış həmin avtomobilin sürücüsü, Şəki rayon sakini R.Məmmədov saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti