...

Türkiyədə 4,7 bal gücündə zəlzələ baş verib

Hadisə Materials 13 Mart 2023 05:53 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin Malatya vilayətində 4,7 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) bildirib.

Məlumata əsasən, yeraltı təkanlar Pütürge rayonunda qeydə alınıb. Zəlzələnin ocağı 10,02 kilometr dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti