...

Ağstafada meyiti tapılan qadının şəxsiyyəti müəyyən edilib

Hadisə Materials 12 Aprel 2023 12:16 (UTC +04:00)
Ağstafada meyiti tapılan qadının şəxsiyyəti müəyyən edilib
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Ağstafa rayonu ərazisində aşkarlanan meyitin şəxsiyyəti müəyyən edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, xəbər verildiyi kimi, Ağstafa rayonu, Poylu kəndi ərazisində naməlum qadın meyitinin aşkar edilməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb və iş üzrə 1981-ci il təvəllüdlü Dursun Nəbiyev təqsirləndirilən şəxs qismində cəlb olunub (https://genprosecutor.gov.az/az/post/6193).

İstintaq-əməliyyat tədbirləri ilə zərərçəkmişin Ağstafa rayon sakini 1973-cü il təvəllüdlü Brilyant Kosayeva olması müəyyən edilib.

İbtidai istintaq davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti