...

Sumqayıtda ananın imtina etdiyi körpənin ölüm səbəbi açıqlanıb (YENİLƏNİB)

Hadisə Materials 25 Noyabr 2023 18:22 (UTC +04:00)
Sumqayıtda ananın imtina etdiyi körpənin ölüm səbəbi açıqlanıb (YENİLƏNİB)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Sumqayıt Tibb Mərkəzi anası tərəfindən imtina olunmuş 7 aylıq körpənin ölümü ilə bağlı məlumat yayıb.

Tibb Mərkəzinin İctimaiyyətlə əlaqələr bölməsindən Trend-ə verilən məlumata görə, 20.04.2023-cü ildə Sumqayıt Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Perinatal Mərkəzdə 1990-cı il təvəllüdlü vətəndaş tərəfindən qeysəriyyə kəsiyi əməliyyatı ilə oğlan uşağı dünyaya gəlib.

"Körpəyə yenidoğulmuşlarda hipoksik işemik ensefalopatiya, yenidoğulmuşlarda serebral iflic diaqnozu qoyulub. Ona protokol üzrə yardımlar göstərilib, müalicə və müayinə aparılıb. Körpənin valideyni (anası) 27.04.2023-cü il tarixində ərizə yazaraq övladından imtina edib. Bununla bağlı tibb müəssisəsi tərəfindən aidiyyəti qurumlara məlumat verilib. Körpənin müalicəsi Reanimasiya şöbəsində davam etdirilib. Azyaşlı 16.06.2023-cü il tarixində Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Uşaq Xəstəxanasının Pediatriya şöbəsinə köçürülüb. Körpə tibbi personal tərəfindən daim diqqət mərkəzində saxlanılıb, lazımi prosedurlar həyata keçirilib. Uşaq Evinə yerləşdirilməsinə körpənin xəstəliyi ilə əlaqədar imtina cavabı verilib. Aparılan bütün müalicə tədbirlərinə baxmayaraq körpə 24.11.2023-cü ildə saat 00:40 radələrində dəqiqləşdirilməmiş uşaq serebral iflici, ensefalopatiya, dəqiqləşdirilməmiş pnevmoniya və zülal enerji çatışmazlığı səbəbindən vəfat edib. Onun nəşi təşrih üçün aidiyyəti üzrə təhvil verilib", - deyə açıqlamada bildirilib.

XXX

15:37

Sumqayıtda doğulduğu gündən imtina edilən körpə bu gün xəstəxanada ölüb.

Trend xəbər verir ki, 7 ay öncə Sumqayıt şəhərində doğum evlərindən birində oğlan uşağı dünyaya gətirən Aygün Kərimova körpəsindən imtina edib. Yeni doğulmuş körpə bir müddət sonra uşaq xəstəxanasına köçürülüb. O, bu gün xəstəxanada ölüb.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti