...

Sabiq millət vəkili Hadı Rəcəbli vəfat edib

Hadisə Materials 17 Aprel 2024 08:23 (UTC +04:00)
Sabiq millət vəkili Hadı Rəcəbli vəfat edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Sabiq millət vəkili Hadı Rəcəbli 76 yaşında vəfat edib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Trend-ə bildirilib ki, sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadi Rəcəblinin səhhətinin pisləşməsi ilə əlaqədar 17.04.2024-cü il tarixində saat 06:38 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb edilib. Hadı Rəcəblinin həkiməqədər ölümü qeydə alınıb.

Qeyd edək ki, Hadı Rəcəbli I-V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Əmək və Sosial Siyasət Komitəsinin sədri olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti