Azərbaycan, Bakı, 12 noyabr /Trend/
İsveçrənin biotexnologiya üzrə mütəxəssisləri genlərin tənzimlənməsinin yeni metodunu hazırlayıblar.
Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata əsasən, yeni metod beyinin ötürdüyü dalğaların köməyi ilə genlərin zülallara (genlərin ekspressiyası) çevrilməsini idarə etməyə imkan verir.
Araşdırmaçılar deyib: "Biz ilk dəfə olaraq konkret fikir zamanı beyinin ötürdüyü dalğaları yaza, onu simsiz rabitə ilə genlərə ötürə və fikirin gücü ilə genin ekspressiyasını tənzimləyə bildik".