...

Finişi iki əli və iki ayağı üstə keçdi (VİDEO)

Maraqlı Materials 17 Fevral 2015 15:01 (UTC +04:00)
ABŞ-ın Ostin şəhərində keçirilmiş marafonun keniyalı iştirakçısı Xivon Nqetik qaçışı iki əli və iki ayağı üstə başa çatdırıb.
Finişi iki əli və iki ayağı üstə keçdi (VİDEO)

Azərbaycan, Bakı, 17 fevral /Trend, müxbir Məftun Salmanov/

ABŞ-ın Ostin şəhərində keçirilmiş marafonun keniyalı iştirakçısı Xivon Nqetik qaçışı iki əli və iki ayağı üstə başa çatdırıb. Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata əsasən, o, məsafənin böyük hissəsində liderlər qrupunda olsa da, finişə 50 metr qalmış yorğunluqdan yerə yıxılıb.

29 yaşlı idmançıya əlil arabası ilə kömək etməyə çalışıblar. Lakin keniyalı ətrafdakıların köməyini qəbul edəcəyi təqdirdə diskvalifikasiya olacağını bildiyinə görə yolunu iki əli və iki ayağı üstə davam etdirərək finiş xəttini keçib.

O, qadınlar arasında ümumi hesabda üçüncü olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti