...

ATƏT-in qiymətləndirmə missiyasının hesabatı Azərbaycana təqdim olunmayıb - XİN

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Noyabr 2010 13:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 noyabr /Trend, müxbir S.Ağayeva/

Azərbaycan XİN ATƏT-in səhra qiymətləndirmə missiyasının Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərindəki vəziyyətlə bağlı hesabatının nazirliyə təqdim olunması barədə məlumatı təkzib edib.

"Azərbaycanın Xarici İşlər Nazirliyinə ATƏT-in səhra qiymətləndirmə missiyasının hesabatı daxil olmayıb", - XİN rəsmi nümayəndəsi Elxan Poluxov cümə günü Trend-ə deyib.

ATƏT-in səhra qiymətləndirmə missiyası oktyabrın 4-dən 14-dək Azərbaycanın işğal olunmuş ərazilərində baş tutub. ATƏT-in Minsk qrupunun həmsədrlərini BMT Qaçqınlarla İş üzrə Ali Komissarlığın nümayəndələri müşayiət edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti